Azərbaycanda » Elşad İskəndərov vəzifəsindən azad edildi

Bu haqda prezident.az saytında rəsmi məlumat yayılıb

Məlumatda deyilir:
"E. H. İskəndərovun Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elşad Hüseyn oğlu İskəndərov Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 may 2014-cü il"

 

Все права сохранены © AHLIBEYT.AZ

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!