İran XİN rəhbəri ölkənin Azərbaycandakı səfiri ilə görüşüb

İran Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək niyyətindədir.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşündə deyib.

O iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində səfirə lazımi göstərişləri verib.

Seyid Abbas Musəvi bu gün axşam saatlarında İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb və çalışdığı ölkə və ikitərəfli münasibətlərdə son hadisələrlə bağlı hesabat təqdim edib.

Görüşdə Hüseyn Əmir-Abdullahian qonşularla, xüsusilə də müsəlman ölkələri ilə əlaqələrin vacibliyinə işarə edərək, İranın Azərbaycan Respublikası ilə əlaqələri hərtərəfli inkişaf etdirmək niyyətini vurğulayıb və lazımi göstərişləri verib.

 

 

 

 

Все права сохранены © AHLIBEYT.AZ

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!