Dünyanın ən uzun əlyazma Quran nüsxələrindən biri

Dünyanın ən uzun əlyazma Quran nüsxələrindən biri

Məhəmməd Casim dünyanın ən uzun əlyazma Quran nüsxələrindən birini hazırlayıb. Hindistanlı müsəlman tələbə Casim bununla öz adını Ginnesin Rekordlar Kitabına daxil edə bilib.

Ərəb dili üzrə təhsil alan Casim xəttatlıq üslubu ilə 1 106 metr uzunluğunda Qurani-Kərim nüsxəsini əl ilə yazıb. O, bu işi 2 ilə tamamlayıb. Sözügedən nüsxənin çəkisi 118,3 kq-dır və 325 384 hərf, 77 437 söz, 114 surə və 6 348 ayədən ibarətdir. Hər cüz təxminən 65-75 sm-dir və hər səhifə 9-10 sətirdən ibarətdir. Hər səhifənin uzunluğu 75 sm, eni isə 34 sm-dir.

В этом разделе